Aprelin 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi 2016-2017-ci tədris ilinin yekun-hesabat konsertini keçirib.
İdarədən verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Elm sektorunun müdiri Vüqar Məmmədov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagidlərinin ifasında V.Adıgözəlov “Layla”, C.Cahangirovun “Bana-bana gəl”, S.Ələsgərov “Şalaxo”, F.Şopen “Noktürn”, Y.Polonun “Konsertino”, K.Agilyera “Hurt”, F.Perren,D.Ferakis “I will survive” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
trend