“Google” korporasiyası özünün yeni xidmətini işə salmağa hazırdır.
“Hire” adlanan bu xidmət müxtəlif şirkətlərin öz vakansiyalarını dərc etməsi və bununla da yeni əməkdaşlar tapması üçün nəzərdə tutulub.
Yeni iş axtaranlar “Google Hire”dən iş axtarmaq üçün istifadə edə bilərlər. Hazırda xidmətin yalnız ana səhifəsi əlçatandır. Bu onu göstərir ki, xidmət yaxın zamanlarda fəaliyyətə başlayacaq.
Mənbə bildirir ki, artıq bir çox şirkətlər axtarış nəhəngi ilə əməkdaşlıq edir və yeni platformanı sınaqdan keçirirlər. Onların arasında “Medisas”, “Poynt”, “DramaFever”, “SingleHop” və “CoreOS” kimi şirkətlərin adları çəkilir.
lent.az