Bakı məktəbliləri “Puşkiniana”da iştirak ediblər
20.4.2017

Aprelin 19-da Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) keçirilən XIX “Puşkiniana”da 23 məktəbdən 200-dən çox şagird iştirak edib. Onlar Aleksandr Puşkinin şeirlərini oxumaq, şairin əsərləri əsasında səhnəciklər göstərmək və müvafiq mövzu üzrə multimedia təqdimatları istiqamətlərində yarışıblar.

Bu il layihə “A.Puşkin iki əsrin güzgüsündə” adı altında keçirilir. Layihənin təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudnuçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.

Münsiflər heyətinə “Çeşmə” (“Rodnik”) Respublika Ədəbi Birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Valentina Əfəndiyeva rəhbərlik edib.

azertag.az