Sirr deyil ki, valideynlər övladlarıyla münasibətdə olmaqlarına diqqət yetirməlidirlər. Bütün valideynlər razılaşar ki, övladlarımızla necə münasibət yartmağımızın böyük əhəmiyyəti var.
Terapist, valideynlik coach-u və bir neçə kitabın müəllifi Debbie Pincus deyir ki, sözlər ağrıdır və onlar geri qayıda bilmir, belə ki, diqqətli olmaqda xeyir var.
Çox vaxt biz övladlarımıza "ideal" olmaqla bağlı nəsihətlər veririk, lakin bəzən bütün bunlardan daha çox hər hansı bir məqamda düşünmədən dediyimiz bir söz təsirli ola bilər. Onlara başa saldıqlarımızdan daha çox necə nümunə olduğumuz daha vacibdir.
Budur, həmin övladınıza qətiyyən deməməli olduğunuz 5 söz:
1. "Maraqlı deyil"
Balaca uşaqlar xırdalıqlar və ya dostlarıyla keçirdikləri vaxt haqda danışmağı sevirlər. Çox vaxt isə valideynlər bütün bunlar haqda eşitməyi xoşlamırlar. Bu məqamda isə "maraqlı deyil" deməməyə diqqət edin, çünki bu sözü işlətsəniz övladınızla kommunikasiyanı kəsmiş və ona onun üçün maraqlı olan hadisənin sizə maraqlı olmadığı mesajını çatdırmış olacaqsınız. Çox vaxt yeniyetməlik yaşına çatmış övladların valideynləri uşaqlarının onlarla söhbət etmədiyindən, problemlərindən danışmadığından şikayətlənirlər. Belədə isə bir sual yaranır, bəs siz o balaca olanda onunla nə qədər danışmısınız?
2. "Yaşına görə hərəkət et!"
Övladınız yeddi yaşındadır və özünü üç yaşında uşaq kimi aparır və siz ona "yaşına görə hərəkət et" deyirsiniz. Terapist Pincus hesab edir ki, bu vəziyyət uşağın xarakterindən çox valideynin onu idarə etməyə, öz istədiyi kimi formalaşdırmağa çalışmağından irəli gəlir. Uşaq öz yaşına uyğun hərəkət edə bilər, amma valideyn çox vaxt bunu qəbul etmir. Nəticədə isə uşaq köməyə və şəfqətə ehtiyacı olduğu vaxtda valideyninin onu tənqid etdiyinin şahidi olur. Bunun əvəzində isə övladınızın belə hərəkət etdiyini düşünürsünüzsə danışığa bir az fasilə verin, beləliklə övladınıza hisləriniz və emosiyalarınızla yox, beyninizlə cavab verəcəksiniz.
3. "Üzr istə!"
Uşağınız dostunun oyuncağını icazəsiz götürüb və siz dərhal gələrək onun dostundan üzr istəməyini tələb edirsiniz. Bu övladınızı səhvlərini başa düşməyi öyərtməyə bir cəhddir, lakin onu buna vadar etmək ona heç nə öyrətmir. Çünki o yaşda uşaqlar nə üçün üzr istəməli olduqlarını başa düşmürlər, əksinə bu məcburiyyət onlarda üzr istəməyə qarşı antipatiya yarada bilər. Əvəzində isə övladınızın dostundan özünüz üzr istəyin, beləliklə siz övladınıza nümunə olmuş olacaqsınız. Buna görə də özünüzlə də bağlı üzr istəməli vəziyyətlər olduqda bunu edin, beləliklə övladınız almalı olduğu mesajı daha tez qəbul edəcək.
4. "Başa düşmürsən?"
Uşağınıza hansısa riyaziyyat misalında köməklik edirsiniz, o, isə bunu başa düşməkdə çətinlik çəkir. Belə halda qətiyyən övladınıza "Niyə başa düşmürsən axı?" kimi sözlər deməyin, əgər övladınız başa düşsəydi hansı ki, özünün də sizi məmnun etmək üçün istədiyi bir şeydir, kifayət qədər aydın olardı. Siz belə şərhlər verərək onu mühakimə etmiş olursunuz və ona "Sənin öyrənməklə bağlı problemin var" mesajını verirsiniz. Əvəzində isə bir az fasilə verin və öyrətdiyiniz dərs üçün yeni alternativ metodlar axtarın.
5. "Sənsiz gedəcəyəm"
Övladınız oyuncaq mağazasından çıxmaq istəmir və siz harayasa gecikirsiniz. Belə ki, uşağınızı qorxutmaq üçün "səni burada qoyub gedəcəyəm" deyirsiniz. Bəs əgər uşağınız bu sözdən sonra da getmək istəməsə nə olacaq? Ən böyük problem odu ki, biz uşaqlarımızın hər sözümüzə inanmağını istəyirik, lakin onların bizə həmişə inanmağı üçün yalan danışmamalıyıq. Beləliklə övladınız valideyninin boş vədlər, sözlər dediyini düşünür.
Big.az