Qoç - Narahat gündür. Sizin peşəkarlığınıza şübhə edirlər. Dilinizi saxlamasanız, rəhbərliklə münaqişəniz karyeranızın bitməsinə səbəb olacaq. Bu günə romantik görüşlər təyin etməyin. Çox mümkündür ki, mübahisənin təməlini özünüz qoyasınız.
Buğa - Bir-birlərilə savaşan həmkarlarınızı ayırmalı, rəhbərliyi haqlı olduğunuza inandırmalı, gərəksiz tapşırıqları yerinə yetirməli olacaqsınız. Bunun əvəzində şəxsi həyatınızda sürpriz gözləyin. Hər şey xırdalıqlardan başlayacaq.
Əkizlər - Bu gün uğura bel bağlamayın. Əgər layihənizdə başqalarının iştirakı vacibdirsə, onları axtarmağa tənbəllik etməyin. Öz yarınızla bir-birinizi başa düşməyə çalışın, böyüklərin məsləhətinə də qulaq asın.
Xərçəng - Başqalarının nə fikirləşdiyi sizə çox maraqlıdır. Sizin etibarınızı qazanmaq istəyən adamların məqsədlərini başa düşmək üçün o qədər fikirləşəcəksiniz ki, günün sonunda yorğunluq hiss edəcəksiniz. Yaşlı adamlarla mübahisələrdən qaçın.
Şir - Ən asan işlər bu gün sizə çətin gəlir. Köməkçiləriniz çoxdur, amma nə fayda? Rəhbərliklə fikir ayrılığınız mümkündür, iş o yerə çata bilər ki, başqa işə keçmək arzusu baş qaldırar. Sevdiyiniz şəxslə aranız soyuqdur. Bu gün yeganə sevinc qaynağınız uşaqlardır.
Qız - Pis gün deyil. Zəifliklərinizə qalib gələrək çox irəli gedəcəksiniz. Özünüzdən çox şey tələb etməyin. Yaradıcılıqla məşğul olun, xüsusilə musiqi sahəsində uğurlarınız mümkündür. Maliyyə problemləriniz ola bilər. Amma bunların öhdəsindən gəlmək üçün əla çıxış yolu tapacaqsınız.
Tərəzi - Bu gün yaranan problemlər asan həll olunanlardan deyil. Onlar sanki bumeranq kimi gedib-qayıdacaq. Hər şeyə tənqidi yanaşmanız sizi insanların gözündə ucaltmır. Xırda bir məişət problemini şişirdib müharibəyə çevirə bilərsiniz, ehtiyatlı olun.
Əqrəb - Tələsməyin. Böyük layihələriniz var, amma onların reallaşdırılmasına məhz bu gün başlamağınız məsləhət deyil. Yaxınlarınızla münasibətlərdə çox ehtiyatlı olmalısınız. Sevdiyiniz şəxsə qısqanclıq üçün zəmin yaratmayın.
Oxatan - Diqqətli və təmkinli olun. Əgər tələyə düşmək istəmirsinizsə, bir az müdrik olun. Etibar edə biləcəyiniz müttəfiqiniz yoxdur, əvəzində nəzarət edəcəyiniz təqdirdə yaxşı köməyi dəyə bilən insanlarla əhatə olunmusunuz. Ailənizə qayğı göstərin.
Oğlaq - Başgicəlləndirici müvəffəqiyyətiniz olmasa da, problemlərin də olmayacağı bir gündür. Ən xırda detallarına qədər fikirləşdiyiniz bir layihəni reallaşdıra biləcəksiniz. Şəxsi həyatınızda anlaşılmazlıq var. Sual verməkdən çəkinməyin.
Dolça - Çox yorulacaqsınız. Rəqibləriniz çirkin üsullara əl atırlar, bunların öhdəsindən gəlmək asan deyil. Amma mövqeyiniz nüfuzlu adamların təqdirini qazanır. Sevdiyiniz şəxsin üstüörtülü danışıqları sizi əsəbləşdirəcək. Çox üstünə getməyin.
Balıqlar - Həyəcanlı xəbərlər bitmək bilmir. Heç kimdən məsləhət almayın. Şəraitlə barışmalı olacaqsınız. Soyuqqanlılığınıza görə sizi tərifləyəcəklər. Yaşlı nəslin nümayəndələri ilə fikir ayrılığı mümkündür. Özünüzü balaca uşaq kimi hiss edəcəksiniz.