Bakıda müasir çörək zavodu tikilir - FOTO
9.10.2012

Bakıda müasir tələblərə cavab verən çörək zavodunun inşası işləri həyata keçirilir.

Bu barədə tikinti işlərini həyata keçirən podratçı firmadan məlumat veriblər.

Zavodun tikintisi Xətai rayonu ərazisində həyata keçirilir. Zavodun ümumi sahəsi 30 000 kvadrat metrdir. Zavodun öz sahəsi isə 12000 kvadrat metrdir. Zavodun ərazisində avtomobil dayanacağı da tikiləcək.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, yeni çörək zavodu Əhmədli qəsəbəsinin ərazisinə düşür.

Zavodun istehsal gücü sutkada 140 ton çörək və çörək məmulatlarıdır. Zavodun inşası üçün ilkin mərhələdə 1 milyon manat güzəştli kredit ayrılıb.

Milli.Az