Aprelin 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” operası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu “Astana Opera” Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxıstanın Əməkdar İncəsənət Xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova ifa edəcək.
Eyni zamanda, səhnə əsərində Şarples rolunda Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin, Pinkerton rolunda Azərbaycanın Əməkdar Artisti Fərid Əliyev, Süzuki rolunda isə Əməkdar Artist Səbinə Vahabzadə və başqaları çıxış edəcəklər.
Operanın dirijoru Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.
azertag.az