Almaniyanın "Audi" şirkəti Şanxayda keçirilən sərgidə yolsuzluq avtomobili olan yeni elektromobilini təqdim edib.
"Audi"nin "e-tron Sportback" elektromobilinin "Tesla"nın "Model X 100D" modelinə ciddi rəqib olacağı gözlənilir.
O, bir dəfə enerji ilə doldurulduqdan sonra 450 km yol gedə biləcək. 80% enerjini yarım saata toplayan "e-tron Sportback"ın maksimal sürəti saatda 210 km olacaq, 100 km/saat sürəti isə 4,5 saniyəyə toplayacaq.
lent.az