Məktəblərdə ev tapşırıqları qadağan edilir
9.10.2012

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki "Elsa-Braendstroem" gimnaziyasının bütün şagirdləri ev tapşırıqlarından azad olunublar.

Məktəb rəhbərliyi bunu uşaqların dərslərdən sonra istirahət etmələri, musiqi dinləmələri və ya idmanla məşğul ola bilmələri üçün etdiyini bildirir.

Gimnaziyanın direktoru Briqitte Fontayn "Westdeutsche Allgemeine Zeitung"a açıqlamasında bəyan edib ki, hazırda uşaqlar məktəblərdə çox ağır tədris prosesindədirlər: "İş o yerə çatıb ki, dərslər bəzən axşam 6-yadək davam edir. Belə olmaz. Ev tapşırıqları əvəzinə gimnaziyada tədrisin keyfiyyəti artırılacaq və geridə qalan şagirdlərlə fərdi məşğələlər aparılacaq".

Britaniyada ev tapşırıqlarına qoyulmuş normativlər ləğv olunub, Fransada isə 5-9-cu siniflərdə oxuyan şagirdlərə ev tapşırıqlarının verilməsi qadağan olunub.

Milli.Az