Bu həftəsonu Musiqili Teatrda 6 tamaşa nümayiş olunacaq
21.4.2017

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 21-i, 22-si və 23-də “Kimdir müqəssir?”, “Meşə çaqqalsız olmaz”, “999-cu gecə”, “Dəcəl çəpişlər” və “Amerikalı kürəkən” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 21-i və 22-də “Meşə çaqqalsız olmaz”, 23-də isə “Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün nümayiş olunacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

azertag.az