Qoç - bu gün müstəsna hadisələr olmayacaq və günü istədiyiniz kimi keçirə bilərsiniz. Fəqət, müəyyən sərtlik nümayiş etdirməlisiniz. Bəzi adamlar şübhəli sonuclar verəcək, ya da tam absurd işləri sizə həvalə etməyə çalışacaqlar. İstəkləriniz barədə ucadan danışmağı unutmayın. Fikrinizdə qəti olduğunuzu bərkdən deyin.
Münasibətlərdə ciddi dövrün başalyacağına bel bağlamağa dəyməz. Özünüz də hiss edirsiniz ki, gələcək və perspektivlər barədə bu gün düşünmək istəmirsiniz. Uğurlu alış-veriş edə bilərsiniz. Lakin aldıqlarınız bahalı əşyalar olmayacaq.
Buğa - dost və ya sizə yaxın olan adamdan çox dəyərli dəstək alacaqsınız. Onun səyləri nəticəsində planlarınız ən qısa zamanda reallaşa bilər. Bilin ki, bu gün görəcəyiniz işin zəhməthaqqı səxavətli olacaq. Fəqət, pulu bir qədər sonra alacaqsınız. Bu günsə səbrli olun, israfçılıq və bədxərclik etməyin.
Sizə yaxın adamla bağlı xəbərlərə sevinəcəksiniz. Qısamüddətli səfər də mümkündür.
Əkizlər - çətinliklər yaranacaq, amma bu gün problemləri uğurla həll edəcəksiniz. Tərəfdaşlar, həmkarlar və yaxın dostlarla ünsiyyətə xüsusi fikir verin. Münasibətlərdəki sərinlik sizi narahat etməyəcək, axı işlərin öhdəsindən gəlirsiniz. Di gəl, bu gün müşahidə etdiyiniz "divar" yıxılmasa, sonradan çətin anda gerçəkdən də, tək qala bilərsiniz.
Ailə üzvləri və qohumların məsləhətləri xeyirli olacaq. Amma onları hərdən başa düşməyin. Ümumiyyətlə, bu gün başqalarının təcrübəsini təhlil edəcək, uğurlu planları öz xeyrinizə çevirməyə çalışacaqsınız.
Xərçəng - bu günlə bağlı illüziyalara qapılmayın. Söz yox - gün pis deyil, amma izafi arzulara qapılmayın. Həyatınızda nəyinsə prinsipial şəkildə dəyişəcəyini düşünürsünüz - ancaq təxminləriniz sizi aldadır. Səy göstərdiyiniz təqdirdə özünüzün əldə edə biləcəyiniz nəyinsə kimlər tərəfindənsə sizə ənam ediləcəyini düşünməkdə səhv edirsiniz.
Səfər, harasa yollanmaq, nəyisə dəyişmək cəhdləri nəticə verməyəcək. Çünki bu minvalla hiss və düşüncələrinizdən xilas olmağa çalışırsınız.
Şir - bu gün işgüzar aktivliyi və işləri azaldacaq, bir qədər tənbəllik edəcəksiniz. Kimsə sizə mane olmayacaq. Yaxınlarınız və tanışlarınız sizinlə birlikdə həvəslə vaxt keçirəcəklər. Onları şənləndirəcək, ətrafınızda xoş emosional ab-hava yaradacaqsınız.
Gözəl əşyalar sizi cəlb edəcək və belə əşyalardan birini əldə edib evə aparacaqsınız. Bu gün alış-veriş də uğurlu olacaq. Bir şərtlə ki, ifrata varmayasınız.
Qız - gün uğurlu alınacaq. Sizdən asılı olmayaraq pozulan və qırılan münasibətləri, çoxdankı problemləri həll etmək üçün sizin istəyiniz yetər. Lakin keçmişdəki hadisələrin xatırlanmasına çox aludə olmayın. Gələcəklə bağlı planların qurulması üçün əlverişli gündür.
Təhsil və işgüzar karyerada uğurlar əldə edə bilərsiniz. Habelə, bilik və təcrübə tələb edən yeni layihədə, yeni işdə irəliləyişə nail ola bilərsiniz.
Gün ərzində diqqət mərkəzində olacaqsınız və bu da yeni tanışlıqlar şansını artıracaq.
Tərəzi - əvvəlki günlərlə müqayisədə işləriniz pis getmir. Səbəb isə odur ki, əvvəllər bel bağlaya bilmədiyiniz dəstəyi indi alırsınız. Bel bağlaya bildiyiniz adamın varlığı sizi ruhlandırır və hətta ən güclü rəqiblə mübarizədən belə, çəkinmirsiniz. Mübarizə ağır və uzun olacaq, amma qalib siz olacaqsız.
Şəxsi həyatda dəyikşikliklər sizi sevindirəcək. Yaxın adamları anlamaq, xətrinə dəydiyiniz şəxslə barışmaq bu gün asan olacaq. Köhnə əlaqələri bərpa etmək olar. Köhnə dostlar və iş yoldaşları ilə münasibətləri yaxşılaşdıra bilərsiniz.
Əqrəb - bir vaxtlar ciddi səbəblərdən təxirə saldığınız planları reallaşdırmaq vaxtıdır. Pis xatirələri unudun. Bu gün yaxşı ideyaların həyata keçirilməsi üçün əlverişli vaxtdır. Başqalarının ideyalarından da bəhrələnə bilərsiniz. Köhnə dostlara etibar edin. Onlardan biri sizə çox qiymətli məsləhət verə bilər.
Bir zamanlar bərk vurulduğunuz adam sizinlə qarşılaşa bilər. Lakin hisslərinizin izharı üçün uğurlu vaxtın olmadığını düşünüb geri çəkiləcəksiniz. Amma yalnış addım atmayın, hisslərinizi cilovlamayın.
Oxatan - bu gün müsbət dəyişikliklərin təsiri güclüdür, uğurlarınız sizə sayğı yaradır. Yaxşı ideyalar sizi heyrətləndirəcək qədər tez yaranır və bir dəqiqə vaxt itirmədən onları gerçəkləşdirməyə başlayırsınız. İşdə münasibətlər qaydaya düşür. Uzunmüddətli tərəfdaşlıq məsələlərini müzakirə etmək olar.
Köhnə dostlar, uşaqlıq dostları ilə görüş üçün əlverişli gündür. İş heç də xoş xatirələr və pozitiv emosiyalarda deyil. Məsələ ondadır ki, çoxdan tanıdığınız insanların xasiyyətində yeni məqamları üzə çıxaracaqsınız.
Oğlaq - bu gün tənbəllik etməyin, çox çalışın, zəhmət çəkin. Çünki yalnız bu minvalla mənfi təsir və emosiyalardan qurtularaq can atdığınız məqsədə çata bilərsiniz. Kimsə sizə yardıma tələsmir. Çəkinməyin, ruhdan düşməyin, axı bütün problemləri təkbaşına həll edə bilərsiniz. Günün ikinci yarısında bir qədər pul əldə edə biləcəksiniz. Tezliklə gəlir vəd edən təkliflərin alınması da istisna deyil.
Şəxsi münasibətlərdəki dəyişikliklər dalan effekti yaradır. Amma onlar ilk baxışdan göründüyü qədər ciddi deyillər. Situasiyaya alışandan sonra anlayacaqsınız ki, hər şey o qədər də pis deyil.
Dolça - bu gün fəaliyyət göstərməyə tələsmirsiniz. Yüz ölçüb, bir biçməyə çalışın, problemləri dərhal çözməyə can atmayın. Bu gün sizi ifrat dərəcədə tələsdirən yoxdur. Qəhrəmanlığa, emosional addımlara can atmayın. Bu gün kimsənin ümidlərini puç etməyəcək, gözləntilərini alt-üst etməyəcəksiniz.
Günün ikinci yarısında evdəki çətin problemləri həll etməli olacaqsınız. Böyük məbləğdə xərc istisna deyil. Ailə üzvləriniz sizə minnətdar olacaqlar.
Sevdiyiniz insanların qayğılarının bir qismini öz üzərinizə götürməyə hazır olun.
Balıqlar - təhsil, yeni informasiya almaq və təhlil etmək üçün əlverişli məqamdır. Yaddaşınız sizi aldatmır, başqalarının təcrübəsini dərhal əxz edirsiniz. Kənar şəxslərin ideya və təcrübəsindən öz işlərinizdə uğurla istifadə edirsiniz.
İşdəki münaqişələrin həlli, yeni nüfuzlu müttəfiqlərin və hamilərin meydana çıxması mümkündür. Ətrafınızdakı insanlarla dil tapsanız, gəlirlərinizi artıra bilərsiniz.
Səfərlərdən uzaq qaçın. Yolda pis hadisə, problem, hətta yara və ya travma istisna deyil. Valideyinsinizsə, uşaqların səhhətinə xüsusi diqqət yetirin.
Milli.Az