Bu gün - 9 oktyabr dünyada Ümumdünya Poçt Günü kimi qeyd olunur.
9 oktyabr 1874-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt İttifaqının əsasını qoyan “Bern sazişi” imzalanıb.
1878-ci ildə təşkilatın adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı (ÜPİ) adlandırılıb.
Ümumdünya Poçt Gününün qeyd olunması ilə bağlı təklif isə 1969-cu ildə İttifaqın Tokioda keçirilən konqresində səsləndirilib.
Həmin gündən etibarən Ümumdünya Poçt Günü dünyanın əksər ölkələrində qeyd olunur.
Hazırda ÜPİ-nin tərkibində 190-dan çox ölkə var.
Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində - “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.
Gün.Az