ABŞ-ın Filadelfiya şəhərindəki ən dəbdəbəli otellərdən birində iki milyonçu ailənin övladlarının toyu yasa çevrilmişdir.
“Sheraton Society Hill” otelindəki toyda dava düşmüşdür. Nəticədə bir nəfər həyatını dəyişmiş, 57 nəfər yaralanmışdır.
Hadisə yerinə gəlmiş onlarla polis qonaqları rezin zopalarla vuraraq ayırmağa çalışanda yerdə yıxılıb qalmış adamı görmüşlər. O, təcili yardım maşını ilə hospitala aparılsa da, reanimasiya bölməsində keçinmişdir.
Gecə saat 00.30 radələrində başlayan dava 2-00-a qədər davam etmişdir. Yalnız polislər gəlib dalaşanları ayırandan sonra məlum olmuşdur ki, bəy və gəlinin qohumları arasındakı davada 57 nəfər yaralanmışdır.
Qonaqlar arasındakı davada gəlin də döyülmüşdür.
Polis 3 nəfəri həbs etmişdir.
Filadelfiya polisindən verilən xəbərə görə, dava otelin barında başlamışdır.
Sol ayağı və sağ qolu qırılmış bəy ilə iki qabırğası və burnu sındırılmış gəlin xəstəxanadadırlar.
AzərTAc