Qərb Universiteti tam orta məktəbdə “Yer günü”nə həsr olunmuş festival keçirilib. Üç gün ərzində davam edən festival çərçivəsində şagirdlər Yer planeti və “Yer günü” ilə bağlı hazırladıqları prezentasiyaları təqdim edib, planet və onun xüsusiyyətləri, eləcə də “Yer günü”nün tarixi ilə bağlı məlumatlar veriblər.
Festival çərçivəsində Yer planeti, onun coğrafi, ekoloji xüsusiyyətləri ilə bağlı sənədli filmlər nümayiş etdirilib, filmlərlə bağlı müzakirə paneli təşkil edilib.
Şagirdlərin hazırladıqları kompozisiyalar, eləcə də mövzu ilə bağlı rəsm əsərləri və əl işlərindən ibarət sərgi də maraqla qarşılanıb.
Qeyd edək ki, Qərb Universiteti tam orta məktəbdə təhsilin daha rəngarəng və öyrədici olması üçün tədris ili ərzində müxtəlif festivallar, müsabiqələr, viktorinalar, yarışlar, ekskursiyalar, aksiyalar və digər tədbirlər təşkil olunur. Məktəbin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərirlər.
qafqazinfo.az