Bakıda Azərbaycan və İtaliya klassik musiqisi konserti keçiriləcək
21.4.2017

Aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İtaliya klassik musiqisi konserti keçiriləcək.
Konsert iki ölkə arasında diplomatik əlaqələr qurulmasının 25 illiyinə həsr olunub.
Konsertdə soprano Fəridə Məmmədova, bariton və kontr-tenor İlham Nəzərov, tenor Adil Axundov tərəfindən C.Puççini, C.Verdi, K.Monteverdi, K.Əlizadə və başqalarının klassik əsəsrləri səsləndiriləcək.
Azərbaycan Dövlət Simfonik Orkestrının dirijoru isə Pyerluici Destro olacaq.


report.az