Azərbaycanlı musiqiçilər Rusiya Böyük Teatrının səhnəsində
24.4.2017

İyunun 25-dən 30-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş etdiriləcək.

İyunun 25-də, 27-də və 29-da səhnə əsərində Mikaela obrazında Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) çıxış edəcək. Əməkdar Artist Elçin Əzizov (bariton) isə iyunun 28-də və 30-da Eskamilyonun partiyasını ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib. Bu il Moskvada Dinara Əliyevanın "Opera Art" İkinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos" Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.

azertag.az