Ata oğlu üçün səhər, nahar və şam yeməklərini əyləncəyə çevirərək yedizdirir.
Mark Horzhistin oğlu Oskar səhərlər yemək yemir, nadinclik edirdi.
Mark səhər sendviçini məşhur multfilm qəhrəmanı SpongeBob SquarePants-a çevirəndən sonra Oskar hər səhər səbirsizliklə sendviçini gözləməyə başlamışdır. Beləliklə, Mark 7 yaşlı oğlunun yemək problemini həll edə bilmişdir.
Mark meyvə, tərəvəz, çörək, göyərti və ətdən ecazkar fiqurlar hazırlayır.
29 yaşlı veb-dizaynerin dediyinə görə, indi həmin yeməklərin hazırlanma üsullarının əks olunduğu reseptlər kitabı yazır.
O bildirmişdir ki, dünyada yemək istəməyən çoxlu sayda uşaq vardır. Həmin uşaqları əyləndirməklə, yeməyə maraq oyandıraraq yedizdirmək gərəkdir. Mən də oğlum üçün çalışdım, indisə kitab yazıram və ümid edirəm ki, kitabım valideynlərin dadına çatacaqdır.
38 yaşlı xanımı Liza ilə birlikdə İngiltərənin Qərbi Sasseks qraflığındakı Litlhempton şəhərində yaşayan Mark ilk “əyləncəli” sendviçlərin fotolarını bloqunda dərc edəndən sonra hədsiz populyarlaşmış və indi dünyanın hər yerindən məktublar alır.
AzərTAc