Bakıda Qara Qarayevin abidəsinin ucaldılmasına 915 min manat ayrılıb
9.10.2012

Nazirlər Kabineti Bakı şəhərində Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb.

APA