Sərnişinlərə şad xəbər: “Metro pulsuz olacaq”
24.4.2017

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi bitdikdən sonra Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar “Koroğlu” metrostansiyasından pulsuz istifadə edəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, həmin gün Bakı Olimpiya Stadionundan tamaşaçılar eyni anda çıxacaqlar:

“Bu, sərnişinlərin rahat şəkidə stansiyaya girməsini təmin etmək üçün nəzərdə tutulub.”

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək.



aznews.az