Dünyanın ən böyük sosial şəbəkəsi «Facebook» internet satışlarının genişləndirilməsi üçün yeni düymələr işə salacaq. Artıq şirkət ABŞ-da internet-riteylerlər üçün nəzərdə tutulan «İstəyirəm» (Want) düyməsini sınaqdan keçirməyə başlayıb.
«Financial Times»in məlumatına görə, bu düymə istifadəçilərə imkan verəcək ki, onlar şəbəkədə gördükləri malların işarəsini almaq istədikləri malların siyahısına əlavə edə bilsinlər.
Qəzetin yazdığına görə, yeni funksiyanın işə düşməsi «Facebook»un internet reklamdan başqa əlavə gəlir mənbələri tapmaq niyyətinin sübutudur.
«İstəyirəm» düyməsindən başqa «Facebook» şəbəkəsi «Almaq» (Collect) düyməsini də sınaqdan keçirir. Hələlik bu düymələrdən «Facebook»un bütün istifadəçilərinin nə vaxt istifadə edə biləcəyi hələlik məlum deyil.
APA