Azərbaycan şəhəri bu adı almağa hazırlaşır
24.4.2017

Zəncan vilayətinin Mədəni Abidələri Qoruma İdarəsi Zəncan şəhərini “Dünya Məlilə şəhəri” kimi qeydiyyatdan keçirmək üçün sənəd toplayır.

Bu barədə Zəncan vilayətinin Mədəni İrs və Turizm İdarəsinin rəisi Yəhya Rəhməti danışıb. Rəhməti bu haqda müraciətin ötən il edildiyini və müraciətə müsbət cavab verildiyini bildirib.

Artıq mövzu ilə əlaqədar bütün tarixi sənədlər hazırlanır. Məlilə sənayesinin öyrədilməsi məqsədi ilə kurslar təşkil edilərərək mütəxəssislərin hazırlanılmasına başlanılıb.

Yaradılan kurslarda 40 saatlıq təlim keçirilir.

Qeyd edək ki, məlilə sənətinin əsas mərkəzi və yaranma yeri Zəncan şəhəri olub. Hazırda Səfəvilər dövrünə aid bir çox məlilə nümunələri mövcud olsa da, bu sənətin tarixi Səlcuqlar dövrünə qədər gedib çıxır.

Məlilə gümüşdən hazırlanan xüsusi bəzəkli qablardır. Bu qablar müxtəlif məişət islərində istifadə olunur. Məlilədə istifadə olunan gümüşün xalisliyi 99 faiz olur. Zəncandan başqa digər şəhərlərdə 70 faiz gümüşdən də belə qablar hazırlanır. Lakin Zəncanda hazırlanan məlilə ilə rəqabət aparacaq qabiliyyətində deyillər.



axar.az