Təbrizdə uşaqlar üçün “Vızvızı və Qırmızı” adlı kukla tamaşası səhnəyə qoyulub.
Əli Bernunun rejissoru olduğu tamaşa aprelin 21-dən mayın 5-nə qədər göstəriləcək. Kukla tamaşası Təbrizin “22 Bəhmən” Mədəniyyət və İncəsənət Kompleksində səhnələşdirilib.
Təbriz mətbuatına açıqlama verən Bernuna bu tamaşanın artıq Təbrizdə ikinci dəfə nümayiş olunduğunu bildirib:
“Tamaşa musiqilidir və onun əsas dili türk dilidir. “Vızvızı və Qırmızı” “Azərbaycan əfsanələri kitabı”ndan ilhamlanaraq hazırlanıb. Həmin kitabda “Vızvızı” adlı bir dastan var. Tamaşa Vızvızı adlı bir arıdan bəhs edir. İrqi fərqinə görə şanıdan qovulan arı meşədə milçək və mığmığa musiqi qrupu ilə tanış olur və həyəcanlı bir dastan başlayır”.
axar.az