Səlami Şahin ilk dəfə Bakıya gəldi - Video
10.10.2012

Türkiyənin populyar ifaçısı Səlami Şahin Bakıya gəlib.

Sənətçinin paytaxta gəlişi “The first-2012” mükafatlandırma mərasimi ilə bağlıdır.

Müğənni Bakıda olmaqdan məmnunluq duyduğunu dilə gətirib.

“Mən ilk dəfədir k, Azərbaycana gəlirəm. Buranı görməyi çox istəyirdim. Hamı buranın çox gözəl olduğunu deyir. Mən özümü Bakıda Türkiyədəki kimi hiss edirəm. İnsanlar olduqca istiqanlı və səmimidirlər. Bundan çox xoşbəxtəm”.

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “The First 2012” mükafatlandırma mərasiminə Türkiyədən millət vəkilləri, müğənni Göksel, bir çox populyar serialların rejissoru olan Hilal Saral, türk xalq mahnıları ifaçısı Orxan Ölmez qatılacaq. Azərbaycandan bu il xalq artisti Zülfiyyə Xanbabayeva mükafatlandırılacaq.

Tədbir “Xəyal production”-un rəhbəri Xəyal Rza tərəfindən həyata keçirilir.
Video

http://gun.az