QHT-lərə Dövlət Dəstəyi Şurasının "qaynar xətt"i fəaliyyətə başlayıb
25.4.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1672 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.

Şuradan verilən məlumata görə, "qaynar xətt"ə sabit şəbəkə telefonlarından və mobil operatorlardan zəng etmək mümkündür.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Şura həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3-cü bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şəffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq məqsədilə QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün daxili nəzarət və qiymətləndirmə xidməti yaradıb.

Şuraya şikayət ünvanlayan bütün şəxslərin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qorunacaq. Bütün şikayət və təkliflər Şuranın müvafiq xidmətinin məsul şəxsi tərəfindən araşdırılaraq rəhbərliyə məruzə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

QHT-lər hüquqpozma halları ilə bağlı təklif və şikayətlərini "qaynar xət"lə yanaşı, Şuranın www.e-qht.azwww.cssn.gov.az saytlarındakı elektron müraciət bölməsinə də göndərə bilərlər.

Şuranın daxili nəzarət və qiymətləndirmə üzrə əlaqələndiricisi Nədimə Rəhimlidir. Email: nadima.cssn@gmail.com; (+994) 77 497 15 91

trend.az