Azərbaycanda gələn il pensiyaların baza hissəsinin artırılması gözlənilir.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, pensiyaların artımı ilə bağlı ilk növbədə gələn ilin yanvar ayında 2012-ci ilin inflyasiyasına uyğun olaraq indeksasiya aparılacaq.
Bundan başqa, sədr bildirib ki, pensiyaların baza hissəsinin daha ciddi artımı Fondun 2012-ci ilin maliyyə nəticələrindən asılı olacaq.
APA