Kiyevdə GUAM-ın 15 illik yubileyi keçirilir
10.10.2012

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın 15 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək üçün Ukraynaya gedib.

XİN başçısı bu gün Kiyevdə GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasda GUAM-ın tərəfdaşları ABŞ və Yaponiyanın, həmçinin Avropa Komissiyasının nümayəndələri də iştirak edəcəklər. Tədbirdə GUAM qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunacaq. İclasa Azərbaycanın xarici işlər naziri sədrlik edəcək. Onun tədbirdə çıxışı və səfər çərçivəsində ikitərəfli görüşləri nəzərdə tutulur.

APA