Günün qoroskopu
10.10.2012

Qoç - bu günün ilk yarısı gələcəyə münasibətinizi daha emosional və subyektiv edəcək. İllüziyalar, xəyallar, ümidlərin əsiri olacaqsınız. Planlarınız da dəqiqlik və konkretliklə fərqlənmir.

Şəxsi həyatınızda müəyyən dəyişikliklərə can atacaqsnız. İşgüzar əlaqələrdə və işdə özünüzü narahat hiss edəcəksiniz. Ciddi dəyişikliklər və maliyyə məsələlərində köklü yerdəyişmələr üçün əlverişli gün deyil.
Ətrafdakı insanlarla dil tapmağa çalışın.

Buğa - bu gün daha yaxşı gələcəyi düşünəcək, yaxın insanlarla birgə çalışmağı xəyal edəcəksiniz. Lakin ailənizdəki problemlər işlərinizə mane ola bilər. Ailə üzvlərinizin istəkləri aşkar izhar olunmayacaq, hər şey işarə və ismarıclarla çatdırılacaq.

Dostların xətrinə dəyməmək və sizə əziz olan insanın qəlbini qırmamaq üçün ehtiyatlı olun. Dostların sayını artırmağa çalışın.

Əkizlər - düşüncə tərziniz, fikirlərinizin məcrası dəyişir. Yeni yaradıcılıq planları, işlə bağlı fərqli istəklər mümkündür.
Maliyyə məsələlərində aktivlik üçün əlverişli gün deyil. Bilavasitə ehtiyac yoxdursa, heç nə almayın. Məcburi, təcili xərclər olacaq.

Tələskənliyin çox olacağı, sinirlərin tarıma çəkiləcəyi gündür. Yaxın adamlarla münasibətlər gərginləşərsə, narahat olmayın.

Xərçəng - həyatınız, ailəniz, davranışızla bağlı hər şeyi çox sərt qıcıqla qəbul edəcəksiniz. Ailə üzvləri, yaxın insanlar, sevdiyiniz adamlarla ünsiyyətdə hirslənməyin, emosiyalarınız sizi köləsinə çevirməsin. Ev və ailə barədə düşüncələrinizdə dəyişikliklər ola bilər.

Ailə üzvləri və qohumlar arasında müttəfiqə ehtiyacınız var.
Sizi çoxdan bəri narahat edən məsələni hüquq müstəvisində həll etməyə can ata bilərsiniz.

Şir - ailə üzvləri ilə tam anlaşmaya nail olmaq çətindir. Yaxın və əziz adamların istəkləri sizi çaşdıracaq, intriqa və sərin münasibətlər üzə çıxacaq. Dostyana davranış, səmimiyyət, əsəblərin cilovlanması dadınıza çata bilər.

Dumanlı problemə aydınlıq gətirə biləcəksiniz. Qadınlar isə emosiyalarını bu gün ön plana çıxarmamalı, danılmaz faktlarla barışmalıdır.

Qız - faydalı əlaqələrin artırılması, həyat səviyyəsinin yüksəldilməsi barədə dşünmək zamanıdır. Gəlirlərin mənbəyi barədə fikirləşəndə anlayacaqsınız ki, təkbaşına böyük uğur qazanmaq çətindir. Şərik axtarmaq üçün əlverişli gündür.

Bu gün sizi maraqlandıracaq və beyninizi "məşğul edəcək" əsas məsələlər gələcəklə bağlı olacaq. İşdə və xüsusilə də maddi durumunuzun asılı olduğu adamlarla münasibətləri korlamayın.

Təlaş və emosiyalarınızı aşkar izhar etməyin.

Tərəzi - cari planlarınızı həyata keçirməklə yanaşı, yaradıcılıq məsələlərini, həyatdan kam almağı da unutmayın. Ünsiyyətcil, kritik olun, səhvlərinizi anlamağa can atın.

Vasitəçilərin arxasında gizlənmək zamanı deyil - bu şakərinizi unudun. Baş verənlərlə bağlı fikirlərinizi açıq deyə bilərsiniz.

Əqrəb - təmaslar və əlaqələrdə fəallığınız arta bilər. Emosional yüksəliş sizi ruhlandıracaq, cuşa gətirəcək, maraqlarınızı təmin etməyə can atacaqsınız. Bununla yanaşı, uzaq qohumlar, dostlar, uzaq səfərə yollanmış tanışlarla əlaqələri daha da fəallaşdırın.

Bu gün bütün əlaqələrlə təmaslarda harmoniya, ədalət vacibdir. Hisslərinizi və emosiyalarınızı ön plana çəkməyin.
Ailə problemlərini də unutmayın.

Oxatan - bu gün problemləri sürətlə, hətta risklə həll etməyə çalışacaqsınız. Lakin risk etməkdən əvvəl əmin olun ki, sizi dəstəkləyən var. Bu gün təhlükə ilə üzbəüz, kritik vəziyyətdə qala bilərsiniz. Eyni zamanda, tərəfdaş və şərikləriniz, yoldaş və həmkarlarınız arasında kimin sizə ən yaxın adam, kimin də zəif şəxs olduğunu anlayacaqsınız.
Əvvəlki opponentlərinizi müttəfişlərinizə çevirin.

Oğlaq - alış-veriş zamanı ehtiyatlı olun. Bu gün nəyisə satın almağa can atacaqsınız və bu zaman səhv etməyiniz də istsina deyil. Alış-veriş əsnasında dostlar sizi gərəkli olmayan nəyisə satın almağa vadar edə bilərlər.

Dostların istəklərini öz arzunuz kimi qəbul etməyin. Məsləhətlərə qulaq verin, sənədləri gözucu oxumayın.

Bu gün borc almağınız istisna deyil.

Dolça - səhhətiniz və ya sizə yaxın adamlardan birinin sağlıq durumu narahatlıq yarada bilər. İfrat dərcədə çalışıb yorulmayın, emosional vəziyyətlər və həyəcandan uzaq durun. İşdən tam uzaqlaşmayın, amma istənilən halda, tarazlıq əldə etmək olar. ehtiyatlı olun: bu gün yaralana və ya xəsarət ala bilərsiniz. Ailə ilə gün ərzində bir neçə dəfə əlaqə saxlayın.

Balıqlar - yaxın adamlara bağlılıq bu gün yenidən güclənə bilər. Əvvəlki dönəmlərdən fərqli olaraq, bu gün məsləhət almaq çətindir.

Daşınmaz əmlak və maliyyə məsələlərində çətinliklərlə qarşılaşa bilərsiniz. Sizdən ədalətli davranış istəyəcəklər, fəqət hisslərinizə və emosiyalarınıza hakim olsanız, problemlər həllini tapacaq.

Milli.Az