Bakı Şopinq Festivalının fəxri qonağı olan məşhur müğənni Vera Brejneva şəxsi “instagram” səhifəsində ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.
“Fərqli şəhərlərə səfər etmək, yeni dostlar, sevimli məkanlar tapmaq necə də gözəldir! Ötən gün Bakıda əsrarəngiz bir gün yaşadım. Musiqi, qonaqpərvərlik, gözəllik və sevgi. Bakıda görüşdüyüm hər kəsə təşəkkür edirəm”.
Müğənni bu sözləri Bakıda Heydər Əliyev adına hava limanında ölkəsinə qayıdarkən çəkdirdiyi foto ilə birgə paylaşıb. Tanınmış müğənninin bu paylaşımı üç gün ərzində 140 mindən çox “layk” və 1000-dən artıq şərh qazanıb.
Xatırladaq ki, Bakı Şopinq Festivalı çərçivəsində məşhur “VİA Qra” qrupunun cazibədar eks-solisti Heydər Əliyev sarayında öz şousu, ifası və geyimləri ilə marağa səbəb olub. “#Nomer1” adlı musiqi gecəsində müğənni 1 saata 6 libas dəyişib və oxuduğu məşhur mahnıları ilə tamaşaçıların rəğbətini qazanıb.
azertag.az