Meyvələr xasiyyətimizdən xəbər verir
10.10.2012

Sevgilinin xassiyyətini meyvələr vasitəsilə müəyyən edə bilərsən.

Naringi və portağal – xoşlayırsa, deməli o yumşaq, mehriban, dostcanlı adamdır.

Ərik – sevən kişilər zahirən quru və təmkinli görünsələr də, əslində incə qəlbli və küsəyən olur.

Banan – sevirsə, o çox cəsarətli və əzimlidir.

Gavalı – sevənlər təbiətən romantik olur.

Çiyələk – sevənlər eqoist və təmtərağa meylli olur.

Qarpız – məqsədyönlü, işgüzar kişilərin ən cox sevdiyi gilemeyvədir.

Armud – sevənlər sakit və sülh sevən kişilərdir.

Alma – xeyirxah xüsusiyyətə malikdir.

Avakado, manqo, kakos, ananas – sevənlərə güvənmək olmaz belələri ikiüzlü olur.

publika.az