“Oskar”a təqdim olunan “Buta” 71 filmlə mübarizə aparacaq
10.10.2012

“Oskar” mükafatına təqdim olunan bütün filmlərin tam siyahısı bəlli olub.

Təqdim olunan film siyahısında azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” filmi də var.

Siyahıya 71 film daxildir.

Bu da mükafatın mövcud olduğu illər ərzində rekord göstərici hesab olunur.

Qeyd edək ki, “Buta” filmi “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. “Buta” filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.

Film Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən “Cape Winelands Film Festival”ın Qran-pri mükafatını və ABŞ-ın “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib. Bundan başqa, film “Humay” Milli Mükafatının da laureatı olub.

Gün.Az