Təbrizdə “Koroğlu” operası səsləndi
26.4.2017

Təbriz Flarmonik Orkestri 5-ci konsertini həyata keçirib.
Ötən gecə Təbrizin Siyami salonunda keçirilən konsertdə Bethovenin 3-cü simfoniyası və Üzeyir Hacıbəylinin “Koroğlu” operası səsləndirilib.

Konsertdə 65 nəfərlik orkest qrupunu maestro İlyas Niku idarə edib.

Təbriz Flarmonik Orkestr qrupu üç ildir fəaliyyətə başlayıb. Qrupa Yaşar Şadpur rəhbərlik edir.

Flormonik qrup yerli musiqilərdən başqa, dünyanın məşhur əsərlərini də icra edir.

Əhalinin yuksək marağını nəzərə alaraq, aprelin 28-də qrupun konserti təkrarlanacaq.



axar.az