Oktyabrın ortalarından etibarən “Eurovison-2012” Mahnı Müsabiqəsinin milli seçim turuna start veriləcək. Bu barədə İctimai televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov məlumat verib.
Tahir Məmmədov deyib ki, tamaşaçılar keçən il olduğu kimi bu il də televiziya vasitəsilə seçim turunu izləyə biləcəklər: “Bu günə qədər müsabiqəyə qatılmaq üçün çox sayda müraciətlər gəlib. Lakin onların heç biri rəsmi qeydiyyatdan keçməyib. Rəsmi qeydiyyat rəsmi tarix açıqlandıqdan sonra olacaq”.