Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert
27.4.2017

Aprelin 26-da Heydər Əliyev Sarayında M.Rostropoviçin 90 illiyinə həsr olunan IX Beynəlxalq musiqi festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

Bu dəfə festivalın qonağı Rusiyanın Əməkdar kollektivi D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri olub.

Bədii rəhbəri və baş dirijoru SSRİ Xalq Artisti Yuri Temirkanov olan orkestrin solisti Vadim Rudenkodur.

Konsertdə Sergey Raxmaninov və Pyotr Çaykovskinin əsərləri səsləndirilib.

Qeyd edək ki, festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Aprelin 27-də yekun vurulacaq bu musiqi bayramında xarici ölkələrdən dünya şöhrətli musiqi kollektivləri iştirak edir.

azertag.az