Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində “Yenə o bağ olaydı” adlı musiqili-ədəbi gecə keçiriləcək.
Muğam Mərkəzindən bildirilib ki, gecə unudulmaz şair Mikayıl Müşfiqin yaradıcılığına həsr olunacaq.
Musiqili-ədəbi gecə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində keçirilən növbəti tədbirdir. Tədbirdə ADMİU-nun müəllim və tələbələri iştirak edəcəklər.
azertag.az