Ötən gecə Bakıda “Meridian” şadlıq sarayında Ramil Səfərovun toyu keçirilib.
Təhlükəsizlik baxımından toyun keçiriləcyi yer və vaxt son ana qədər gizli saxlanılıb. Toya yalnız ən yaxın adamlar dəvət olunub. Mərasimdə heç bir foto və video çəkilişə icazə verilməyib. Qonaqların mobil telefonları yığışdırılıb, restoran ərazisi xüsusi nəzarətə götürülüb. Təhlükəsizlik ən yüksək şəraitdə təmin olunub.
Toyda həmçinin yüksək səviyyəli dövlət adamlarının iştirak etdiyi də bildirilir.
Qeyd edək ki, Macarıstandan ölkəyə gətirilərək, əfv edilən milli ordunun zabiti Ramil Səfərov Şəbnəm Gülməmmədova ilə evlənib.
Təbrik edirik!
ANN.Az