Proqnozlar Bürosu: Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq
28.4.2017

“Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, aprel ayının 29-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir: “Sabah qərb rayonlarından başlayaraq qısa bir müddətdə hava şəraiti dəyişəcək. Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Lakin ayın 30-u gündüz saatlarından başlayaraq hava şəraitinin mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.

report.az