Dünən Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub.
Sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Avropa Cəmiyyətinin sədri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak edib.
Tədbirin aparıcılığı Andrey Maloxova həvalə olunub.
Mayın 24-dək davam edəcək sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
publika.az