“Bakı dünən, bu gün və sabah” adlı rəssamların respublika sərgi-müsabiqəsi elan olunub
11.10.2012

“Bakı dünən, bu gün və sabah” adlı rəssamların respublika sərgi-müsabiqəsi elan olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müsabiqəyə təqdim edilən əsərləri tanınmış rəssamlar və ixtisaslı mütəxəssislərdən ibarət 9 nəfərdən ibarət münsiflər heyəti yoxlayacaq.

Müsabiqənin qalibləri müxtəlif nominasiyalar üzrə pul mükafatları ilə təltif ediləcəklər. Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2013-cü il mart ayının 15-dən 2013-cü il aprel ayının 15-dək Dövlət Rəsm Qalereyasına təqdim edə bilərlər.

Müsabiqənin məqsədi Bakı şəhərinin tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun yeni incəsənət əsərlərinin yaradılmasından ibarətdir. Eyni zamanda müəyyən olunan 12 mövzu üzrə rəngkarlıq, qrafika və heykəltəraşlıq müsabiqəsi və sərginin təşkilini özündə əks etdirir.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Dövlət Rəsm Qalereyası və “Xətai” Sənət Mərkəzi ilə birlikdə təşkil edib.

Xatırladaq ki, sərgi 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprel ayının 15-dək keçiriləcək.


Gün.Az