"Royal Oud" butiki Bakı Şopinq Festivalında daha sərfəli oldu.
Dəbdəbəli və keyfiyyətli Şərq ətirlərinin satışını həyata keçirən “Royal Oud” butiki Bakı Şopinq Festivalına qoşulması münasibətlə yeni endirim kampaniyasına start verib. Artıq bu mağazada seçilmiş ətriyyat mallar endirimlə satılır.
Bakı şəhəri, Rəsul Rza küçəsi, 18 ünvanında yerləşən “Royal Oud” butikində ən yaxşı ətirləri sərfəli qiymətə almağın əsl zamanıdır.
Hər gün saat 11-dən 22-dək müştərilərin xidmətində olan “Royal Oud” ətriyyat dükanında bu fürsətdən festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilərsiniz.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.
Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: media@bakushopfest.com, web: www.bakushopfest.com.
trend