Günün qoroskopu
11.10.2012

Qoç - bu günün şüarı kreativlik və cəsarətdir. Özünüzə inanın, komplekslərin qurbanı olmayın, düşünmədən hərəkət edin. Gün ərzində rutin işlərlə məşğul olun, hadisələri tələsdirməyin. Axşam saatları sizə ruh yüksəkliyi vəd edir.

Hisslərinizi tam izhar edərək bacarıq, orijinallıq və istedadınızı göstərə bilərsiniz. Sevimli insanla ünsiyyətlə izafi tənqidlərə yol verməyin. Uşaqlarla danışanda çox sərt olmayın.

Əyləncəni təxirə salın, çünki nəticəsi pis ola bilər.

Buğa - günün ilk yarısı sakit keçəcək. Avtomatik yerinə yetirdiyiniz işlərlə məşğul olun. Axşam narahat olacaq: mübahisələr, qaçaqaç, gərginlik mümkündür. Valideynlər, uşaqlar, ailə üzvləri ilə, əgər kirayədə qalırsınızsa - ev sahibi ilə xoşagəlməz söhbət istisna deyil.

Qonaq çağırmayın, başqa yerə köçməyi planlaşdırıb gerçəkləşdirməyin. Sözdən əməli üstün tutun.

Əkizlər - axşam saatları birmənalı olmayan əhval vəd edir. Gün ərzində uğursuzluqla üzləşərək bədbinləşə bilərsiniz.

Yeni öhdəliklər götürməyin, gecə növbəsinə çıxmayın, yeni adamlarla yazışmağa başlamayın, səfərə yollanmayın, özünüzü müalicə etməyin. İşgüzar və yaradıcılıq tandemində, dostların görüşündə axşam saatlarında iştirak edin.

Problemləri təkbaşına həll etməyə çalışmayın. Yalnız sizə əməli kömək göstərə biləcək adamlarla ünsiyyətdə olun.

Xərçəng - bu gün səhər saatları sakit, axşam vaxtı isə səs-küylü və gərgin olacaq. Günün ikinci yarısında enerjiniz qəflətən artacaq.

Kreativlik və işgüzarlıq sizə biznes, xəstəliklərin müalicəsi, gündəlik işlərdə uğur gətirəcək. Uşaqların təlim-tərbiyəsi, yaradıcılıq, şəxsi münasibətlər, ədəbi və reklam fəaliyyəti, maliyyə və alış-veriş kimi sahələrdə nəticə birmənalı olmaya bilər.

Gün ərzində mühüm sənədlər imzalamayın, rabitə vasitələri almayın, büdcənin planlaşdırılması ilə məşğul olmayın.

Şir - səhər saatlarında fəallıq göstərməyin. Yuxudan bir qədər gec ayılın, günlə bağlı emosional əhval-ruhiyyəni formalaşdırmağa səy göstərin. Yeni işlərə günün ikinci yarısında başlamaq məsləhətdir.

Nöqsanlarınızı ifrat özünütənqid səviyyəsinə yüksəltməsəniz, uğur və irəliləyişə nail olacaqsınız. Qorxmayın, izafi sığortalanmayın. Ünvanınıza deyilən tənqidlərə mütləq qulaq asın, amma hissiyyatı da unutmayın. Məhz duyum hissi sizi uğurlu yola çıxaracaq.

Qız - səhər saatlarında günü xırdalıqlara qədər hesablamayın, planlar dəyişə bilər. Günün ikinci yarısında istəyinizin əksinə olaraq səfərə yollanar, istəmədiyiniz adamla qarşılaşa və ya pis xəbər eşidə bilərsiniz.

Yol yoldaş, həmkar, yaxın qohum sizi qıcıqlandıra bilər. Səmimi söhbətlər üçün əlverişli gün deyil. Valideyinsinizsə, uşaqlara diqqət yetirin. Texnika, məişət, rəsmi yazışma, səhiyyə, elektriklə bağlı işlər sahəsində çalışanlar üçün uğurlu gündür.

Tərəzi - günün ikinci yarısı sizə nikbin əhval-ruhiyyə və perspektivə işləmək şansı verəcək. Yeni dost və ya tanış tapmağınız mümkündür.

Eyni zamanda, gün qeyri-rəsmi aksiya üçün yaxşı zamandır. Gələcəklə bağl fikirləriniz bədbinləşə bilər. Uğursuz maliyyə əməliyyatı edibsinizsə, uzunmüddətli kredit alıbsınızsa və ya etibarsız adama pul veribsinizsə, əhvalınız lap korlanacaq.

Bu gün güzəştlər, bonuslar vəd edən reklamlara aldanmayın. Xərclərinizi planlaşdırın, şirin vədlərə inanmayın.

Oxatan - yalnız günün əvvəlində özünüzdən razı qalacaqsınız. Axşam saatlarında isə başqalarına peşəkar, maliyyə və ya yaradıcılıq imkanlarını nümayiş etdirmək istəyəcəksiniz. Ola bilər ki, yaranmış şərtlər sizi belə davranışa vadar etsin.

Səfər, söhbətlər, yazışma, imtahan, oyun ola bilər. Uşaqlarla bağlı narahatlıq mümkündür. Pərişanlıq, gecikmə, imtina riski çoxdur.

Əqrəb - günün başlanğıcı boz, maraqsız olacaq. Günün ikinci yarısında işgüzar şövq, yaradıcılıq və iş görmək istəyi sizi depressiyadan xilas edəcək.

Axşam saatları fərdi enerjiniz, fərdiyyətinizin azad və parlaq izharı üçün ideal vaxtdır. Yeni və orijinal layihəyə başlamaq, yarışa qoşulmaq, şəxsi həyatda cəsarətli addım atmaq olar.

Bunun əks tərəfi isə gizli şübhələr, həyəcan və ya təlaş, habelə məğlubiyyət qorxusu ola bilər.

Oğlaq - bu gün ev işləri və üstüörtülü spontan avantüralarda bəxtiniz gətirəcək. Gələcəklə bağlı planları bir qədər təxirə salsanız, pis olmaz.

Risk etmək və ya eksperiment keçirmək istəyirsinizsə, bu barədə kimsəyə deməyin. Şansı əldən verməmək və eyni zamanda uğursuzluğa düçar olmamaq üçün macərapərəstliklə anadangəlmə inamsızlığınız arasında tənasüb tapın. Tanışlar, dostlar, iş yoldaşlarından əsla məsləhət istəməyin.

Belə məsləhətlər sizi uçuruma apara bilər. Tələdən çıxmaq üçün bütün səylərinizi səfərbər edin.

Dolça - planlar və hesablarda yalnışlıq ola bilər. Müqavilə imzalamayın, toplantı keçirməyi, rəsmi öhdəliklər götürməyin. İşgüzar əməkdaşlıq çətinliklərlə müşayiət oluna bilər.

Mübahisələr, qarşılıqlı tənqid, rəqiblərin vicdansız hərəkətlərinə hazır olun. Bu gün yeganə müsbət enerji mənbəyi qeryi-rəsmi əlaqələrdir.

Dostlar, yaxınlar və ailə üzvləri ilə təmaslar sizə peşəkar inkişafla bağlı problemləri həll etməyə imkan verəcək.

Balıqlar - emosional tarazlıq sizə bu səhər çətinliklərin öhdəsindən asanlıqla gəlməyə yardım edəcək. Günün ikinci yarısı problemlər, tələskənlik, işdə müəyyən dartışmalarla bağlıdır.

Uğuru asanlıqla əldə etməyəcəksiniz. Rabitə, nəqliyyat, məlumatların əldə edilməsi ilə bağlı problemlər mümkündür.

Təhsil, uşaqların təlim-tərbiyəsi, xəstəliklərin müalicəsi və işlə bağlı problemlər ola bilər.

Milli.Az