Naxçıvanlı rəssamın əsərləri Bakıda sərgilənəcək
1.5.2017

Mayın 22-də Bakı Xətai Sənət Mərkəzində tanınmış rəssam Sabir Məmmədovun “Naxçıvan etüdləri” adlı rəsm sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəssamın sulu boya ilə işlədiyi əsərləri nümayiş olunacaq.

Sərgi üç gün davam edəcək.

azertag.az