Polad Bülbüloğlu Türkmənistanın Xalq Artisti adına layiq görülüb
1.5.2017

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Fərmanı ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluya Türkmənistanın Xalq Artisti adı verilib.

Fərmanda deyilir ki, Polad Bülbüloğlu bu yüksək fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin, iki dövlət arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmlənməsində xidmətlərinə, istedadına, mahnı-musiqi sənətinin inkişafında uğurlarına görə layiq görülüb.

azertag.az