"AtaBank" ASC-nin “Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır. Kampaniya 01 May 2017-ci il tarixindən başlayıb və 31 dekabr 2017-ci il tarixinədək davam edəcək.
Bu barədə bankdan məlumat verilib.
Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.
Keçən il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!
Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.
Qeyd edək ki, kampaniyada minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.
”AtaBank”ın 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır.
Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://i.instagram.com/atabank_asc/ ) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.
trend