Azərbaycanlı ifaçı San-Remo Junior beynəlxalq müsabiqədəsində iştirak edəcək
1.5.2017

İtaliyada mayın 3-də beynəlxalq San-Remo Junior müsabiqəsi keçiriləcək.
İtaliyanın "Riviera" nəşrinə istinadən xəbər verilir ki, yarışmada 18 ölkədən, o cümlədən Azərbaycandan 24 vokal ifaçısı iştirak edəcək.
Məlumata görə, vokalçıların sayca səkkizinci müsabiqəsində 6-15 yaş arası uşaqlar iştirak edəcək. Onlar canlı ifa səsləndirəcəklər. Bütün çıxışlar San-Remo simfonik orkestrinin musiqi müşayiəti ilə baş tutacaq.

report.az