Qan insan sağlamlığında çox mühüm rol oynayır, onun araşdırılması və öyrənilməsi də əhəmiyyətli məsələdir. Hematoloqlar Çingiz Əsədov, Zöhrə Əlimirzəyeva və Pərvanə Hacıyevanın yenicə çapdan çıxan "Azərbaycanda qanköçürmənin tarixi" kitabı bu sahədə çox gərəkli bir vəsaitdir. Kitabda qanköçürmənin bəşəri tarixi, ölkəmizdə qanköçürmənin tətbiqi və donorluğun keçdiyi ayrı-ayrı inkişaf mərhələləri, son illərdə bu sahənin inkişafında əldə edilən uğurlar barədə ətraflı məlumatlar verilib. Bununla yanaşı kitabda qanköçürmə sahəsində fəaliyyəti nizamlayan mühüm Dövlət Proqramı və sənədləri, Səhiyyə Nazirliyinin əmr və normativ sənədləri də öz əksini tapıb.
Nəfis şəkildə çap edilən kitab transfuzioloq, hematoloq, tibb tarixçiləri və səhiyyə təşkilatçıları, həmçinin həkim və tələbələr üçün də qiymətli mənbədir.
azertag.az