Uitni Hyustonun qızı ögey qardaşı ilə nişanlandı
12.10.2012

Mərhum pop kraliçası Uitni Hyustonun qızı öz ögey qardaşı ilə nişanlandığını açıqlayıb. Bobbi Kristina Braun anasının öz himayəsinə götürərək böyütdüyü Nik Qordonla evlənməyə hazırlaşdığını etiraf edib.

O, öz gündəlik həyatına və anasının ölümündən sonra başladığı yaradıcılığına həsr olunmuş realiti-şouda bu barədə açıqlama vermişdi.

Qeyd edək ki, Bobbi Kristina Nik Qordonla 10 ildən çox müddətdə bir ailədə yaşayıblar və Uitni Hyuston Niki rəsmi olaraq övladlığa götürməsə də, onlar bu vaxtadək ögey bacı-qardaş hesab olunublar. Anası Uitninin ölümündən sonra yaxınlaşdıqlarını deyən Bobbi Kristina Nikin ona bağışladığı sapfir üzüyü də göstərərək, nişanlandıqlarını təsdiqləyib.

ANS PRESS