Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat ayrılıb
12.10.2012

Azərbaycan prezidenti Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın preambula hissəsində bildirilir ki, son illərdə Tərtər rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı 1,6 dəfə, sənaye məhsulunun həcmi 1,4 dəfə artıb, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, geniş abadlıq-quruculuq işləri həyata keçirilib.

Tərtər şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

APA