“ASAN xidmət” mərkəzlərinə edilən müraciətlərin sayı 15 milyona çatıb
3.5.2017

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 15 milyonuncu müraciət kimi qeydə alınıb.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Belə ki, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.
15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

report.az