Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə əlaqədar Azərbaycan polisi mayın 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Xatırladaq ki, İslam Oyunlarının rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək. Lakin yarışlara mayın 8-də start veriləcək. Mayın 22-də Oyunların bağlanış mərasimi keçiriləcək.
report.az