“La Marquise” rekord məbləğə- 4 milyon 620 min dollara satılıb (Video)
11.10.2011

Dünyanın ən köhnə avtomobili sayılan De Dion Bouton Et Trepardoux Dos-A-Dos Steam Runabout hərracda 4 milyon 620 min dollara satılıb. 1884-cü ildə istehsal edilmiş “La Marquise” adlı avtomobilin satış qiyməti indiyədək əntiq nəqliyyat vasitələrinin içərisində rekord məbləğ sayılır. Hərracın təşkilaçıları avtomobili 2-2,5 milyon dollara satmağa ümid etsələr də, göründüyü kimi adıçəkilməyən alıcı əliaçıqlıq göstərib.
Qeyd edək ki, “La Marquise” 2007-ci ildə hərracda bu avtomobili 3,63 milyon dollara əldə etmiş Con О'Kuinin varisləri tərəfindən hərraca çıxarılmışdı.

Video